AZ

İran ABŞ-a qarşı məhkəmə iddiası qaldırır

İran noyabrın 3-də ABŞ-a qarşı iddia qaldırmağa hazırlaşır.

Musavat.com xəbər verir ki, bu barədə Zülmlə Mübarizə Gününün təşkilat komitəsinin sədri (1358-ci ilin 13 Aban günündən qeyd olunur, Qriqorian təqvimi ilə 4 noyabr 1979-cu il tarixi, İslam İnqilabı tərəfdarlarının Tehrandakı ABŞ səfirliyini ələ keçirdikləri gün) Məhəmməd Rza Nəqdi bəyan edib.

Onun sözlərinə görə, iddia ABŞ-ın şah və tərəfdarlarının İrandan çıxarmış olduğu milli sərvətlərin geri qaytarılması ilə bağlı 1981-ci il Əlcəzair müqavilələrinin bəzi bəndlərinə əməl etmədiyi üçün qaldırılır:

"Şah rejimi tərəfindən talan edilmiş və Pəhləvilər sülaləsi tərəfindən oğurlanmış sərvətlərin aparıldığı dövlət (İranın sonuncu monarxı Məhəmməd Rza Pəhləvi 1979-cu ildə İslam İnqilabı hadisələri zamanı ölkəni tərk etmişdi) – ABŞ onları qaytarmağı öhdəsinə götürmüşdü. Bununla bağlı Əlcəzair razılaşmaları var, amma ABŞ ona əməl etməyib".

Musavat.com

Seçilən
69
34
musavat.com

10Mənbələr