Oktyabrın 7-nə keçən gecə rus qoşunları Xarkov şəhərinə və Xarkov vilayətinə idarə olunan bombalı hücumlara başlayıb.
Herbiand.az xəbər verir ki, Xarkov vilayət hərbi administrasiyasının rəhbəri Oleq Sinegubovun sözlərinə görə, idarə olunan aviabomba Xarkov şəhərinin Şevçenkovski rayonunun meşə parkına düşüb. İtki yoxdur. Daha bir bomba Xarkov vilayətinin Çerkasskaya Lozovaya kəndində yaşayış binasına düşüb, 3 nəfər yaralanıb.
Öz növbəsində Kiyevin meri Vitali Kliçko da bildirib ki, Ukrayna paytaxtı Rusiya PUA-larının hücumuna məruz qalıb. Şəhərdə hava hücumundan müdafiə sistemi fəaliyyət göstərir və Kiyevin müxtəlif ərazilərində partlayış səsləri eşidilib.