Samur-Abşeron kanalının Xızı rayonundan keçən hissəsində kişi meyiti tapılıb.
Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, meyitin ötən ay itkin düşən Siyəzən şəhər sakini Mahmud Kamal oğlu Məlikova aid olduğu müəyyən edilib.
Xatırladaq ki, 23 yaşlı Mahmud Məlikov sentyabrın 7-də saat 13 radələrində məsciddə namaz qılmaq adı ilə evdən çıxıb. Ailəsi həmin vaxtdan sonra ondan xəbər ala bilməyib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun