Kataloniya "Barselona"sının və İspaniya milli futbol komandasının sabiq yarımmüdafiəçisi Andres İnyesta peşəkar karyerasını başa vurduğunu açıqlayıb...
Oxu.Az xəbər verir ki, o, bu barədə sosial şəbəkədəki səhifəsində məlumat yayıb.
39 yaşlı yarımmüdafiəçi 1996-2018-ci illərdə "Barselona"da çıxış edib. Bu müddət ərzində o, böyüklərdən ibarət komandanın heyətində bütün turnirlərdə 674 matçda iştirak edib, 57 qol vurub və 136 məhsuldar ötürmə edib.
Andres, həmçinin Yaponiyanın "Vissel Kobe" klubunda oynayıb. Onun son klubu isə Birləşmiş Ərəb Əmirliklərinin "Emireyts"i olub.
İspaniya millisinin tərkibində İnyesta iki dəfə Avropa və Dünya Kubokunun qalibi olub.
Poliqon.info