Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru professor Cəfər Cəfərovun imzaladığı əmrə əsasən Taleh Əlizamin oğlu Mirzəyev universitetin İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Qeyd edək ki, T.Mirzəyev 2021-ci ildən ADPU-da çalışır. O, 2021-2024-cü illərdə İctimaiyyətlə əlaqələr və marketinq şöbəsində redaktor vəzifəsində fəaliyyət göstərib. 2024-cü ilin avqustundan müvafiq əmrə qədər şöbə müdiri səlahiyyətlərini icra edib.
2020-ci ildə ADPU-nun Coğrafiya müəllimliyi ixtisası üzrə bakalavr, 2022-ci ildə Coğrafiya fənninin tədrisi metodikası və metodologiyası ixtisaslaşması üzrə magistr pillələsini fərqlənmə diplomu ilə bitirən T.Mirzəyev, həmçinin ictimai sektor və könüllülük hərəkatında aktiv fəaliyyəti ilə seçilir. Müxtəlif illərdə UNEC nəzdində Sosial-İqtisad Kolleci Tələbə Gənclər Təşkilatının sədri, Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatının sədr müavini, Azərbaycan Dövlət Pedaqoji Universiteti Təhsil Könüllüləri Tələbə Birliyinin sədri olaraq fəaliyyət göstərib. Dövri mətbuatda şeirləri və müxtəlif yazıları ilə tanınır.
Qeyd edək ki, T.Mirzəyev I və III “Yüksəliş” müsabiqəsinin finalçısıdır.