AZ

Rusiya və İran seçkilərdə kimin qalib gəlməsində maraqlıdır? – ABŞ kəşfiyyatı açıqladı

Rusiya ABŞ-də keçiriləcək prezident seçkilərində Donald Trampın, İran isə Kamala Harrisin qələbə qazanmasında maraqlıdır. Amerika kəşfiyyatının nümayəndələri bildiriblər ki, Rusiya, İran və Çin ABŞ seçicilərinə təsir göstərmək cəhdlərinin əksəriyyətinə cavabdehdirlər.

Yenicag.az xəbər verir ki, bu barədə “Voice of America” Milli Kəşfiyyat Direktorunun sonuncu hesabatına istinadən məlumat yayıb. Hesabatda qeyd olunur ki, bu ölkələrin məqsədlərində heç bir dəyişiklik baş verməyib. Eyni zamanda, kəşfiyyat orqanları vurğulayır ki, Rusiya və İranın prezident seçkilərində qalibə dair fərqli seçimləri var. Xüsusilə, Rusiya, keçmiş ABŞ prezidenti Donald Trampın şanslarını artırmağa yönəlmiş təsir kampaniyaları həyata keçirməyə davam edir və vitse-prezident Kamala Harrisin kampaniyasına zərər verməyə çalışır.

İranın cəhdləri isə Trampın seçki kampaniyasına zərər yetirərək, Harrisi dəstəkləməyə yönəlib. Kəşfiyyat orqanları Trampın seçki kampaniyasına qarşı İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli üç kəşfiyyatçı tərəfindən həyata keçirilmiş hakerlik və məlumat sızması əməliyyatına istinad ediblər. Amerika xüsusi xidmətlərinin qiymətləndirmələrinə görə, Çin hələ ABŞ prezident seçkilərinə müdaxilə etməyib, lakin Pekinin maraqlarına zərər verən, xüsusilə Tayvana dəstək verən dövlət və yerli idarəetmə namizədlərini rədd etməyə çalışır.

Bundan əlavə, Rusiya və Kuba Konqres, ştat və yerli orqanlar üzrə seçkilərə yönəlmiş Çinlə birlikdə hərəkət edirlər. Qeyd edək ki, sentyabrda ABŞ kəşfiyyat orqanları Rusiyanın ABŞ prezident seçkilərinə təsir göstərmək məqsədilə süni intellekt vasitəsilə daha çox məzmun yaratdığını bildiriblər.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin ABŞ-da seçkilərdə öz favoritinin Ağ Ev başçısı Co Bayden olduğunu bəyan etmişdi, lakin o, yarışdan çəkildikdən sonra Kamala Harrisin namizədliyini tövsiyə edib, bu səbəbdən də Rusiya onu dəstəkləyəcək. Ağ Ev isə Moskvaya ABŞ prezident seçkilərinə müdaxilə etməyi dayandırmağı tövsiyə edib.

Nəsimi Ələsgərli

Seçilən
47
20
yenicag.az

10Mənbələr