AZ

Sahibkarlara 9 ayda 167,6 mln. manat kredit dəstəyi

2024-cü ilin doqquz ayında Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən müvəkkil kredit təşkilatları vasitəsilə 167,6 milyon manat güzəştli kredit verilərək 4116 layihə maliyyələşdirilib.

Fins.az xəbər verir ki, bu dövrdə kreditlərin sayına görə "Bank Respublika", "Rabitəbank", "AccessBank", "Yelo Bank" və "Aqrarkredit" fərqlənib. Kreditlərin məbləği üzrə isə önə çıxan müvəkkil kredit təşkilatları "Bank Respublika", "Rabitəbank", "Kapital Bank", "AccessBank" və "Yelo Bank" olub.

Sahibkarlar bu güzəştli kreditlərdən yararlanmaq üçün müvəkkil kredit təşkilatlarına müraciət etməlidirlər. Kredit təşkilatlarına banklar, bank olmayan kredit təşkilatları və kredit ittifaqları daxildir.

Seçilən
80
1
fins.az

10Mənbələr