2025-ci il yanvarın 1-dən Rusiya sərhədçiləri Ermənistan-İran sərhədində yerləşən Nəzarət Buraxılış məntəqəsində xdmətini başa vuracaq.
İqtisadiyyat.az xəbər verir ki, bunu Ermənistan Baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan bildirib.
Onun sözlərinə görə, Rusiya sərhədçiləri ilə bağlı məsələ Baş nazir Nikol Paşinyanla Prezidenti Vladimir Putin arasında Moskvada bu gün keçirilmiş görüşdə razılaşdırılıb.
Gələn ildən etibarən İranla Ermənistan arasında Nəzarət Buraxılış məntəqələrində yalnız erməni sərhədçilər xidmət aparacaq.
Eyni zamanda Ermənistan-İran və Ermənistan-Türkiyə sərhəd xətləri boyunca xidmət isə Rusiya və Ermənistan sərhədçiləri hərbçiləri tərəfindən birgə təşkil olunacaq.