Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə oktyabr ayının pensiyalarının sabah ödənilməsi nəzərdə tutulub.
Korrespondent.az bildirir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Qeyd olunub ki, yaxın günlərdə digər bölgələr üzrə bu ayın pensiyaları, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da ödəniləcək.