AZ

Diaspor gənclərimiz TEKNOFEST-də görüşdə iştirak edib (FOTO)

Bakı. Trend:

Türk Dövlətləri Təşkilatının (TDT) II Diaspor Gəncləri Forumununiştirakçılarının YTB-nin dəstəyi ilə xaricdə təhsil alan vəTEKNOFEST-də iştirak edən gənc mühəndislərlə görüşü olub.

Trend xəbərverir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumatverilib.

Bildirilib ki, görüş Xaricdə Yaşayan Türklər və Əqrəba İcmalarıBaş İdarəsinin (YTB) təşkilatçılığı ilə gerçəkləşib.

Görüşdə Azərbaycanı Avropada təhsil alan Nigar Kərimova(Belçika), Səid Paşayev (Fransa) və Nurlan Sakitzadə (Almaniya)təmsil edib.

Diasporlar arasında əməkdaşlığa xüsusi önəm verən YTB Aviasiya,Kosmos və Texnologiya Festivalı TEKNOFEST-də müxtəlif layihələrhəyata keçirib. İdarə bu il yeniliyə imza ataraq TDT-nin II DiasporGəncləri Forumunda iştirak edən, təşkilata üzv ölkələrin diasporgənclərindən 25 nəfəri Türk diasporundan 30 gənc mühəndisləgörüşdürüb.

YTB sədri Abdullah Eren görüşdəki çıxışında xaricdə yaşayanTürkiyə vətəndaşları ilə, o cümlədən Avropada doğulub-böyüyən,xüsusilə də mühəndislik sahəsində təhsil alan gənclərləəməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb.

Daha sonra YTB sədri gənclərlə bərabər TEKNOFEST ərazisinigəzib.

Diaspor
Diaspor
Diaspor
Diaspor
Diaspor
Diaspor
Diaspor
Diaspor
Diaspor
Diaspor
Diaspor
Diaspor
Diaspor
Seçilən
85
3
az.trend.az

10Mənbələr