AZ

Azərbaycana təzyiq göstərmək əbəsdir - Zaxarova

Bakı. Trend:

Azərbaycana təzyiq göstərmək əbəsdir.

Trend xəbər verir ki, bunuRusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri MariyaZaxarova bu gün həftəlik brifinq zamanı deyib.

O qeyd edib ki, Vaşinqton COP-a sədrlik edən dövlətə təzyiqləriartırır.

“Biz bunu, məsələn, 2022-ci ildə Şarm əl-Şeyxdəki partiyalarkonfransından əvvəl gördük, eyni şey keçən il Dubayda TərəflərKonfransında oldu.

Mən hesab edirəm ki, suveren dövlətlərə, eləcə də, Azərbaycanadəfələrlə və müxtəlif mövzularda təzyiq göstərmək faydasızdır.

Azərbaycana müxtəlif məsələlərlə bağlı dəfələrlə təzyiqgöstəriblər. Məsələ ondadır ki, söhbət təkcə suveren dövlətə təzyiqgöstərməyin yolverilməzliyi barədə prinsipial mövqedən getmir,söhbət ondan gedir ki, bu mövzu Birləşmiş Ştatların özlərinəsərfəli olan qərarların qəbul edilməsi üçün hamının başına vuracağınövbəti siyasi dəyənəyi deyil, real mütəxəssislərin cəlb olunmasınıtələb edir”, - o qeyd edib.

Zaxarova vurğulayıb ki, bu cür şeylər iqlim problemi ətrafındasüni ajiotaj yaratmaq üçün istifadə olunur, əslində isə BirləşmişŞtatlar və digər Qərb ölkələri iqlimin maliyyələşdirilməsi üçünyeni kollektiv kəmiyyət məqsədinə dair razılaşmanı, eləcə də,karbon vahidləri üçün beynəlxalq bazarın yaradılması üzrəkonsensusun əldə edilməsini faktiki şəkildə sabotaj edirlər.

Seçilən
110
1
az.trend.az

10Mənbələr