Ötən gecə Suriyada İranın “Saba” avtomobilləri istehsal edən mühəndis zavodu İsrail Hərbi Hava Qüvvələri tərəfindən vurulub.
Zavod Suriyanın mərkəzi Homs əyalətinin Hisya şəhərinin sənaye zonasında yerləşir. Azı 4 nəfər yaralanıb.
Editor.az bildirir ki, bu barədə Qətər telekanalı “Əl-Cəzirə” məlumat yayıb. Zavoda xeyli maddi ziyan dəyib. Bir gün əvvəl İsrailin müdafiə naziri Yoav Qalant İslam Respublikasının oktyabrın 1-də həyata keçirdiyi kütləvi hücuma cavab olaraq İsrail ordusunun İrana cavab zərbələri endirməyə hazırlaşdığını bildirmişdi.
İsrail Müdafiə Nazirliyinin rəhbərinin sözlərinə görə, bu, “ölümcül” və gözlənilməz olacaq – İran xalqının nə baş verdiyini və necə həyata keçirildiyini anlamağa belə vaxtı olmayacaq – prosesin əvəzinə onun nəticələrini görəcəklər.
//Samir Qurbanov, Editor.az