"Xalq Kapital İnvestisiya Şirkəti"nin birja itkiləri 181,9 milyon manata çatıb.
İqtisadiyyat.az Valyuta.az-a istinadən xəbər verir ki, investisiya şirkətinin 2024-cü ilin yanvar-sentyabr aylarında “Bakı Fond Birjası”da (BFB) apardığı əməliyyatların həcmi 83 əqd üzrə 279,3 milyon manat təşkil edib.
Başqa sözlə, investisiya şirkətinin birja əməliyyatları son bir ildə 31 % azalıb. Belə ki, ötən ilin eyni dövründə "Xalq Kapital”ın dövriyyəsi 461,3 milyon manat təşkil edib.
İnvestisiya şirkətinin bu dövrdə bağladığı əqdlərin sayı 164-dən 83-ə enib.
Əqdlərinin orta dəyəri isə son bir ildə 2,8 milyon manatdan 3,77 milyon manata yüksəlib.
İnvestisiya şirkətinin BFB-də dövriyyəsinin 178,5 milyon manatı Mərkəzi Bankın qiymətli kağızları, 22,5 milyon manatı dövlət qiymətli kağızları, 4,4 milyon manatı korporativ qiymətli kağızlar, 3,5 min manatını səhm, 73,9 milyon manatını isə repo əməliyyatarı təşkil edib.
Xatırladaq ki, “Xalq Kapital” 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 420 min manatdır. İnvestisiya şirkətinin səhmdarı 100 % “Xalq Bank” ASC-dir.