Bir çox Aropa İttifaqı ölkələri hesab edir ki, miqrantlarla mübarizə üçün əlavə tədbirlərə ehtiyac var.
HİT.az xəbər verir ki, bu barədə Amerikanın “Politico” qəzeti mənbələrə istinadən yazıb.
Adı açıqlanmayan avropalı diplomat deyib: “Miqrantların qovulmasının effektivliyini artırmaq üçün daha çox iş görülə bilər".
Onun sözlərinə görə, Aropa İttifaqının bir çox ölkələri Aİ-nin icra orqanının bu istiqamətdə işə başlaması üçün Avropa Komissiyasının yenilənmiş tərkibinə aydın siqnal göndərilməsinin tərəfdarıdır.
"Oktyabrın 10-da Avropa İttifaqının Daxili İşlər Nazirliyinin rəhbərləri Lüksemburqda qapalı iclas çərçivəsində siyasi blokun miqrasiya siyasətinin sərtləşdirilməsi üzrə tədbirləri müzakirə edəcəklər", deyə "Politico" qeyd edib.
Oktyabrın 3-də Avropa İttifaqının xarici işlər nazirləri Yaxın Şərqdə münaqişələrin kəskinləşməsi fonunda qaçqın axını təhlükəsini müzakirə ediblər.
Samir