AZ

Türkiyə naziri Qətərdə investorlarla bir araya gəldi

 

  Türkiyənin Xəzinə və maliyyə naziri Mehmet Şimşek rəsmi səfər etdiyi Qətərdə investorlarla bir araya gəlib. O, paytaxt Dohada Qətərin Baş naziri və Xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman əl-Sani ilə görüşüb. Daha sonra, türkiyəli nazir qətərli həmkarı Əli bin Əhməd əl-Kevari və Qətər İnvestisiya Təşkilatının icraçı direktoru (CEO) Mansur bin İbrahim əl-Mahmudla iki ölkə arasındakı ticari və iqtisadi əlaqələri müzakirə edib.

  Mehmet Şimşek sərmayədarlarla da bir araya gələrək Türkiyənin iqtisadi hədəflərini və birbaşa investisiyaları artırma strategiyalarını çatdırıb.

  Türkiyənin iqtisadi islahat prosesində əldə etdiyi nailiyyətləri və gələcək dövrdəki prioritetlərini bölüşən nazir M.Şimşek Qətər görüşlərindən sonra Küveytə gedəcək.

 



Seçilən
41
50
trt.net.tr

10Mənbələr