Ukrayna ordusu son sutka ərzində Kursk vilayətində 200-dən çox hərbçisini itirib.
Missiya.Az ”TASS”a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, bununla da Ukraynanın Kursk istiqamətindəki itkilərinin sayı 21 min 550 nəfəri ötüb.
Qeyd olunub ki, bundan əlavə Ukrayna Silahlı qüvvələrinin bölgədə 139 tankı, 66 piyada döyüş maşını, 98 zirehli transportyori, 177 artilleriya sistemi və 892 zirehli döyüş maşını məhv edilib.
Daşqın HəsənovMissiya.Az