Azərbaycan Televiziyası və Radio Verilişləri QSC-nin tərkibində olan İdman kanalına yeni rəhbər təyin olunub.
Publika.az xəbər verir ki, kanala Zaur Zeynal rəhbərlik edəcək.
Mədəniyyət kanalının rejissoru işləyən Zaur Zeynal daha çox şou-biznes sahəsində tanınırdı. Onun idman kanalına rəhbər təyin olunması bir sıra suallar doğurub.