AZ

İsrailin hücumu müharibə cinayətidir - İran

İran hökuməti İsrailin İran Qızıl Aypara Cəmiyyətinin Suriya-Livan sərhədində yerləşən səhra xəstəxanasına hava hücumuna reaksiya verib. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bakayi İsraili qınayıb və hücumu “müharibə” cinayəti kimi qiymətləndirib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, xəstəxanaların hədəf alınmasının bütün məlum beynəlxalq humanitar qanun və qaydalara görə qadağan edildiyini xatırladan Bəkayi deyib: "İşğalçı rejimin Qəzza, Livan və Suriyadakı xəstəxana və tibb mərkəzlərinə dəfələrlə hücumları sionist rejimin bütün beynəlxalq normalara qarşı qiyamının bariz göstəricisidir".

Beynəlxalq Qızıl Xaç Komitəsi və digər müvafiq beynəlxalq insan haqları təşkilatlarının İsrailə açıq şəkildə reaksiya verməsi lazım olduğunu vurğulayan Bəkayi beynəlxalq ictimaiyyəti livanlı yüz minlərlə qaçqına kömək üçün hərəkətə keçməyə çağırıb.

İranın Qızıl Aypara Cəmiyyəti İsrailin Livana hücumlarının güclənməsindən sonra oktyabrın 4-də Livan-Suriya sərhəddində səhra xəstəxanası yaradıb. İsrailin hücumlarında yaralanan livanlılara sağlamlıq xidməti göstərmək üçün qurulan xəstəxananın bir müddət əvvəl İsrail tərəfindən vurulduğu və tamamilə yararsız hala düşdüyü açıqlanıb. İran Qırmızı Aypara Cəmiyyətinin prezidenti Pir Hüseyn Kolivend hücumda heç bir can itkisinin olmadığını bildirərək deyib: "Bütün tibbi qrupumuz təhlükəsizdir, lakin xəstəxananın təcili yardım maşınları, sağlamlıq avadanlıqları və ləvazimatları məhv edilib".

Seçilən
95
46
sia.az

10Mənbələr