AZ

Yol polisi sürücülərə müraciət etdi

Sinoptiklərin verdiyi məlumata əsasən, bu gündən başlayaraq oktyabrın 15-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, kəskin dəyişməsi, bəzi rayonlarda külək və leysan xarakterli yağışla müşahidə olunacağı gözlənilir.

XALQ.AZ xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi hava şəraiti ilə əlaqədar yollarda yarana biləcək fəsadların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edib.

“Yola çıxarkən ehtiyatlı olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etməyi, sürücülərdən sürət həddini hava şəraitinə uyğun seçməyi, külək tutan açıq ərazilərdə ehtiyatlı olmağı, yağışlı havada daha çox ara məsafəsi saxlamağı, qəfil manevr və ya kəskin tormazlama etməkdən çəkinməyi tövsiyə edirik. Qeyri-sabit hava şəraitinin yarada biləcəyi çətinlikləri nəzərə alaraq, piyadaları da yollarda məsuliyyətli olmağa çağırırıq”, – deyə müraciətdə bildirilir.

Seçilən
65
49
xalq.az

10Mənbələr