İngiltərə millisinin və “Arsenal”ın futbolçusu Bukayo Saka zədələnib.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, 23 yaşlı hücumçu ötən gün UEFA Millətlər Liqasının III turunda Yunanıstanla keçirilmiş ev matçında (1:2) ayağından xəsarət alıb.
Forvard bu səbəbdən 52-ci dəqiqədə Noni Madueke ilə əvəzlənib.
Qeyd edək ki, İngiltərə seçməsi A Liqasında 3 turdan sonra 6 xalla 2-ci pillədə qərarlaşıb.