AZ

Azərbaycan–İspaniya siyasi məsləhətləşmələri

Oktyabrın 11-də Madrid şəhərində Azərbaycan və İspaniya Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib.

İclasda Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, İspaniya nümayəndə heyətinə isə xarici və qlobal işlər üzrə dövlət katibi Dieqo Belio Martinez rəhbərlik ediblər.

İclas zamanı Azərbaycan və İspaniya arasında siyasi, iqtisadi, humanitar sahələrdə əlaqələrin hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Məsləhətləşmələrdə beynəlxalq gündəlikdə dayanan qarşılıqlı maraq kəsb edən məsələlər, o cümlədən çoxtərəfli formatlarda əməkdaşlığın davam etdirilməsi də diqqət mərkəzində olub. 2024-cü ilin noyabr ayında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının sessiyasına (COP29) hazırlıq və görülən işlərlə bağlı qarşı tərəfə məlumat verilib.

Görüşdə qarşı tərəfə postmünaqişə dövründə bölgədəki vəziyyət və davamlı sülhün bərqərar olunması istiqamətində Azərbaycanın atdığı addımlar barədə məlumat verilib.

XQ

Seçilən
60
40
xalqqazeti.az

10Mənbələr