“Azad Azərbaycan” telekanalında efirə çıxmağa hazırlaşan aparıcı Zümrüd Bədəlova yeni verilişindən danışıb.
Yenisabah.az olay-a istinadla xəbər verir ki, o, proqramının adını və yayım saatını açıqlayıb:
“Əslində, mənim üçün yeni kanal deyil. Doğma yurduma qayıtmışam. Bu mövsüm yeniliklər olacaq. İnşallah, studiyamız hazır olsun. Oktyabrın 20-nə qədər efirdə olmalıyıq. Sadəcə komanda yığmaq məsələsi uzanır. Gec olsun, amma yaxşı olsun. vakansiya
Gündəlik efirdə olacağıq. Hər gün 2 saat olacaq. Günorta saatlarında yayımlanacaq. Elə verilişimiz də “Gün ortası” adlanacaq”.
Telegram kanalımız