Oktyabrın 11-də Milli Məclisin deputatı Heydər Əsədov Şirvan şəhərinin bir sıra məhəllələrində vətəndaşlarla görüş keçirib.
“Sitat.info” xəbər verir ki, deputat görüş zamanı vətəndaşların arzu, istək və təkliflərini dinləyib.
Parlamentari şəxsi təşəbbüsü ilə inşa edilmiş söhbətgahın açılışında iştirak edib. Həmçinin, əhalinin istəyi ilə mərasim evi üçün lazım olan əşyalar alınıb.
Ads by
0
Reklamınızı SmartBee ilə effektiv edin.
Səfər çərçivəsində millət vəkili bir neçə şəhid ailəsini ziyarət edərək, onların qayğıları ilə maraqlanıb. Bir sıra tələbələrin təhsil xərclərinin ödənilməsini təmin edib.
Parlamentari bəzi problemlərin, xüsusilə də məişət xarakterli məsələlərin həlli üçün şəxsi dəstəyini bundan sonra da davam etdirəcəyini diqqətə çatdırıb.
Daha sonra millət vəkili YAP-ın Şirvan şəhər təşkilatının inzibati binasında Rayon İcra Hakimiyyəti başçısının müavinin iştirakı ilə vətəndaş qəbulu keçirib.
Qəbul zamanı millət vəkili Heydər Əsədov vətəndaşların problemlərini dinləyərək, onları narahat edən müxtəlifxarakterli məsələlərlə tanış olub. Onların diqqətlə araşdırılacağını, həlli yollarının tapılması üçün nəzarətdə saxlanılacağını, həmçinin problemlərin aidiyyatı qurumlara çatdırılacağını vurğulayıbib. Görüş çərçivəsində, eləcə də bir sıra aztəminatlı ailələrin sosial problemlərinin həlli üçün maddi yardımlar edilib.