AZ

Conson Lavrovu belə təsvir etdi: “Yarı erməni-yarı rus... hiyləgərliyi və yalanları ilə müasir Qromıkodur”

Böyük Britaniyanın keçmiş baş naziri (2019-2022) Boris Conson 2017-ci ildə Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşünün təfərrüatlarından danışıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Conson həmin vaxt səfəri Moskvaya Böyük Britaniyanın xarici işlər naziri qismidnə səfər etdiyini xatırladıb.

O qeyd edəb ki, səfər uzun müddət gecikdi. Lavrov 2016-cı ilin dekabrında Consonu Moskvaya dəvət etsə də, Moskvanın Suriya prezidenti Bəşər Əsədə dəstəyini davam etdirməsi səbəbindən London onu 2017-ci ilin aprelində ləğv edib.

Nəticədə Conson 2017-ci ilin dekabrında Rusiyaya gedə bilib. Onun sözlərinə görə, Suriyadakı vəziyyət görüşün əsas mövzularından biri olmalı idi.
 

“Mənim səfərim ayrı-ayrılıqda oturub bir-birimizdən şikayət edə bilməyəcəyimizi göstərmək məqsədi daşıyırdı. Biz əməkdaşlığı gücləndirə biləcəyimiz sahələr axtarmalı və tapmalıydıq”, - deyə Conson bildirib.

Oktyabrın 10-da dərc olunan xatirələrində Conson xatırladıb ki, o, Moskvaya bu səfərdən yaxşı bir şey gələcəyinə əmin olmadan gedib.

Conson Lavrovu “hündür boylu, bir-birinin ardınca siqaret çəkən, yarı erməni-yarı rus, tünd və qəribə, razı və tutqun görünüşü ilə” təsvir edib.

Conson Lavrovu təsvir etməyə davam edərək bildirib: "Çar dövründən bəri Rusiyanın ən uzun müddət vəzifədə olan xarici işlər naziridir və o, bütün hiyləgərliyi, saflığı və yalanları ilə Rusiyanın xarici siyasətinin yorucu təcəssümü olan müasir Qromıkodur".

“Mən Ser Gey deyiləm”, Ser Geylər sizin Xarici İşlər Nazirliyindədir”, - Consonun sözlərinə görə, rusiyalı nazir əl sıxışmasından sonra görüşü bu sözlərlə başlamışdı.


Boris Conson xatirələrini “Görüş heç bir nəticə vermədi, Suriya ilə bağlı demək olar ki, konsensus olmadı” sözlərilə yekunlaşdırıb.

Seçilən
69
13
modern.az

10Mənbələr