Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson xatirələrində Rusiyaya olan sevgisindən danışıb.
Publika.az bu barədə xarici mətbuata istinadən xəbər verir.
"Unleashed" adlı xatirələrində Conson 16 yaşında ilk dəfə Rusiyaya səfər etdiyini xatırlayıb. O, 2018-ci ildə Solsberidə Sergey və Yuliya Skripalların zəhərlənməsi cəhdinə həsr olunmuş fəsildə Rusiyaya münasibətinə bir neçə bənd ayırıb.
Keçmiş baş nazir etiraf edib ki, o, rus dilini, mədəniyyətini, təbiət mənzərələrini çox sevirdi. Berlin divarının yıxılmasından və kommunizm dövrünün başa çatmasından sonra o, böyük Rusiyanın demokratik dövlətlər cəmiyyətinə qoşulacağına ümid edirdi.
Həmçinin xatirələrində Conson Rusiya ilə Böyük Britaniya arasında münasibətlərin nə vaxt pisləşdiyini sual edib.
“Məndən əvvəlki bir çox xarici işlər nazirləri kimi, mən də Rusiya ilə münasibətlərimizin fərqli olmasını istəyirdim”, - deyə o yazıb.