AZ

Zəngəzur sərhəd məntəqələri ilə bağlı Putin - Paşinyan raılaşması prinsipcə Azərbaycanın ziyanınaola bilər...

Image

"Moskvada MDB- nin başçılarının 8 oktyabr görüşündə Putinlə Paşinyanın (" 2 P planı "?)  razılaşması üzərində təhlillər ortaya çox maraqlı mətləblər çıxarır. Onlar razılaşıblar ki, 2025- ci il yanvarın 1- dək İran- Ermənistan sərhədindəki buraxılış məntəqəsindən rus sərhədçiləri çəkilir və yerlərini Ermənistanın "milli sərhədçiləri" tutur. Yəqin hələlik İranla sərhəddin qalan hissələrində rus sərhədçilərinin qalması nəzərdə tutulur. Bunun hələlikdə mənası budur. Bəs gələcəkdə bu razılaşma nə  demək ola bilər?"
Bu fikirləri “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.  A.Quliyev daha sonra yazır:
"1.Yəqin ki, Ermənistan zaman ötdükcə Rusiya sərhədçilərinin İranla sərhəddin digər hissələrindən də çəkilməsini gündəmə gətirəcək. Bu , daha çox Rusiya- Ermənistan münasibətlərinin gələcəyindən asılı olacaq.
2.Ardınca rus sərhədçilərinin Ermənistan- Türkiyə sərhəddindən çəkilməsı də gündəmə gətiriləcək ki, bu da Ermənistan- Rusiya münasibətlərindən asılı olacaq.
3.Perspektivdə razılaşmanın ən pis tərəfi Azərbaycanla bağlı üzə çıxa bilər və böyük ehtimalla çıxacaq. Necə olacaq? Hazırda Qərbi Zəngəzur və ya Mehri zolağında İran - Ermənistan sərhəd məntəqələri yerləşir. Neçə məntəqə olduğunu bilmirik. Saydan asılı olmayaraq bu məntəqələrdə nəzarət ruslardan erməni əsgərlərə keçəcək. Nəzərdən qaçırmaq olmaz ki, Zəngəzur dəhlizinin və ya yolun açılacağı təqdirdə dəhlizin hər iki tərəfində də sərhəd məntəqələri olacaq və ya bu məntəqələrin olmasını Ermənistan təbii ki, istəyəcək. Ermənistan iddia edəcək ki, İranla sərhəddimizdə məntəqə olduğu kimi, Azərbaycanla sərhəddə də məntəqələr olmalıdır. Yəni Zəngilandan Ermənistana, Ermənistandan Ordubada girişdə Ermənistanın sərhəd məntəqələrinin olması istənilə bilər. Bu halda həmin 2 məntəqədə də nəzarət Ermənistan sərhədçilərinin əlinə keçəcək. Çünki yəqin ki, sərhəd məntəqələrində vahid nəzarət prinsipi olacaq. Yəni bütün məntəqələrdə Ermənistanın nəzarəti qaçılmaz olacaq. Bu isə ona gətirib çıxaracaq ki, Azərbaycanın qərbindən Naxçıvana doğru hərəkət subyektlərinin eksterritoriyallıq imtiyazı olmayacaq, yəni Ermənistan sərhədçiləri hər şeyi yoxlayacaq.
Deyəsən Putinlə Paşinyanın son razılaşması əslində Zəngəzur dəhlizini Ermənistanın xatirinə güzəştə getmək siyasətidir və bu da prinsipcə Azərbaycanın əleyhinədir.Rusiya niyə buna getdi? Məcburmu qaldı? Bəlkə hansısa " 2 P planı" ( Putin - Paşinyan planı) var?...."

Mətləb








Seçilən
108
50
baki-xeber.com

10Mənbələr