Yakutiyada An-3 yük-sərnişin təyyarəsi qəzaya uğrayıb. Sərt eniş nəticəsində bir nəfər ölüb. İlkin versiyaya görə, qəzaya səbəb mühərrikin sıradan çıxması olub.
APA xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
URA.RU-nun məlumatına görə, təyyarənin göyərtəsində beş nəfər - üç ekipaj üzvü və iki sərnişin olub.
Bölgədə Fövqəladə Hallar Nazirliyi bir nəfərin öldüyünü bildirir. İlkin məlumatlara görə, uçuş qızıl hasilatı şirkətlərindən birinin podratçıları tərəfindən həyata keçirilib. Təyyarə Olekminsk-Jeleznoqorsk-İlimski marşrutu ilə uçurmuş. An-3 təyyarəsi Borus Airlines şirkətinə məxsusdur.