Rusiyanın Kirov vilayətində Mi-2 helikopterinin qəzaya uğraması nətcəsində ölənlərin sayı 4-ə yüksəlib.
APA xəbər verir ki, bu haqda məlumatı Rusiyanın Fövqəladə Hallar Nazirliyi yayıb.
Məlumata görə, xilasedicilər şənbə günü Rusiyanın Kirov vilayətində meşədə qəzaya uğrayan Mi-2 helikopterində olan dördüncü şəxsin cəsədini də tapıblar.
***
20:27
Rusiyanın Kirov vilayətində göyərtəsində 4 nəfərin olduğu Mi-2 helikopteri sərt eniş edib və nəticədə 3 nəfər ölüb.
APA xəbər verir ki, bu barədə TASS-a Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat verib.
“Mi-2 vertolyotu Kirov rayonuna sərt eniş edib, axtarış işləri aparılır. Hazırda xilasedicilər 3 nəfərin cəsədini tapıblar”, - deyə mətbuat xidməti bildirib.
Qəzaya uğrayan helikopter Səhiyyə Nazirliyinə məxsus olub və göyərtəsində bir pilot, bir həkim və iki tibb işçisi olub.