Rusiyanın Kirov vilayətində göyərtəsində 4 nəfərin olduğu Mi-2 helikopteri sərt eniş edib və nəticədə 3 nəfər ölüb.
Leqal.info xəbər verir ki, bu barədə TASS-a Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat verib.
“Mi-2 vertolyotu Kirov rayonuna sərt eniş edib, axtarış işləri aparılır. Hazırda xilasedicilər 3 nəfərin cəsədini tapıblar”, - deyə mətbuat xidməti bildirib.
Qəzaya uğrayan helikopter Səhiyyə Nazirliyinə məxsus olub və göyərtəsində bir pilot, bir həkim və iki tibb işçisi olub.
Leqal.info
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta