AZ

Türkiyə mətbuatı, 14 oktyabr 2024

 

“Hürriyet”: TBMM-nin sədri Numan Kurtulmuş “Netanyahu və dəstəsi gec-tez cavab verəcək” dedi

  Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş İsveçrənin Cenevrə şəhərində keçirilən İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının Məşvərət Toplantısında çıxışında bunları söyləyib: “Netanyahu və dəstəsi gec-tez cavab verəcək. İsrailin gücü İslam dünyasının parçalanmasından qaynaqlanır. Biz Fələstin məsələsini müdafiə etməliyik. Ümumi maraqlar naminə siyasi fikir ayrılıqları bir kənara qoyulmalıdır”.

“Sabah”: Suriya və İraqın şimalında 4 terrorçu zərərsizləşdirilib

  Türkiyə Milli Müdafiə Nazirliyi oktyabrın 13-də Suriya və İraqın şimalında 4 terrorçunun zərərsizləşdirildiyini bildirib. Nazirlikdən verilən açıqlamada heç bir yerin terrorçular üçün təhlükəsiz olmadığı vurğulanıb.

“Star”: Türkiyənin Avropa İttifaqına ixracatı 80,4 milyard dollara çatıb

  Türkiyə İxracatçılar Məclisinin sədri Mustafa Gültepe 2024-cü ilin yanvar-sentyabr aylarında Türkiyənin Aİ ölkələrinə ixracatının 80,4 milyard dollara çatdığını və bunun ümumi ixracatın 41,7 faizini təşkil etdiyini açıqlayıb.

“Haber Türk”: “ULAK Communication” texnologiya dünyasının mühüm tədbirlərindən olan “GITEX Dubai”də iştirak edir

  Türkiyənin yerli və milli baza stansiyası istehsalçısı “ULAK Communication” 14-18 oktyabr tarixlərində Dubay Dünya Ticarət Mərkəzində keçirilən, texnologiya dünyasının ən mühüm tədbirlərindən biri olan “GITEX Dubai” sərgisində iştirak edir.

“Vatan”: UEFA-dan Halil Umut Melərə vəzifə

  FİFA lisenziyalı referisi Halil Umut Meler oktyabrın 16-da İsveçrə ilə Danimarka arasında keçiriləcək UEFA Millətlər A Liqası matçını idarə edəcək.



Seçilən
35
10
trt.net.tr

10Mənbələr