AZ

“Azərbaycan Sənaye Bankı”nın maliyyə durumu bəlli oldu

“Azərbaycan Sənaye Bankı” 2024-cü ilin 3-cü rübünü 4 milyon 700 min manat xalis mənfəət ilə başa vurub. Ötən ilin müvafiq dövründə isə bankın mənfəəti 3 milyon 481 min manat olub ki, bu da illik müqayisədə mənfəətin 35% artımı deməkdir.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

Yanvar-sentyabr aylarında ASB-nin gəlirləri 38 milyon 378 min manat, xərcləri 32 milyon 680 min manat təşkil edib. 2023-cü ilin eyni dövründə gəlirlər 32 milyon 816 min manat, xərclər isə 28 milyon 315 min manat olub.

Bu ilin oktyabr ayının 1-nə ASB-nin aktivləri 745 milyon 41 min manat olub ki, bunun 262 milyon 783 min manatı müştərilərə verilən kreditlərdir.

 

Seçilən
114
50
banker.az

10Mənbələr