Rusiyalı bloqer Mixail Litvin futbol matçında azarkeşi vurduğu üçün 13 sutka inzibati qaydada həbs edilib.
Referans.az BAKU.WS -a istinadən xəbər verir ki, bu barədə 112 teleqram kanalı məlumat yayıb.
Bloqer günahını etiraf edib və "vəziyyəti düzəltmək üçün vaxtı geri ala bilmədiyini" deyib. O, əvvəllər xırda xuliqanlıqda ittiham olunub və cərimələnib.
Məlumata görə, qarşılaşma zamanı SKA azarkeşləri Litvini təhqir etməyə başlayıblar ki, bu da bloqqeri qəzəbləndirib və o, bunu həll etmək üçün tribunalara gedib. O, azarkeşlərdən birinin üzünə zərbə endirib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta