AZ

Cəlilabad sakinlərindən odlu silahlar götürüldü

Cəlilabad

Cəlilabad sakinlərindən qanunsuz saxlanılan odlu silahlar götürülüb.

Xalqcebhesi.az xəbər verir ki, qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsi istiqamətində Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən profilaktiki tədbirlər davam etdirilir.

Keçirilən növbəti profilaktiki tədbirlər nəticəsində 3 nəfər rayon sakini müvafiq sənədləri olmadan qanunsuz saxladıqları müxtəlif markalı ov tüfənglərini könüllü olaraq polisə təhvil veriblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Seçilən
44
39
xalqcebhesi.az

10Mənbələr