Kədərdə, sevincdə bir olduğumuz türk dünyası ilə əlaqələrimiz durmadan genişlənir. Başda Azərbaycan olmaqla, türk dövlətlərindəki qardaşlarımızın dağıdıcı fevral zəlzələləri zamanı göstərdikləri yardımları əsla unutmadıq".
Qaynarinfo Haber Global-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin toplantısından sonra çıxışı zamanı deyib.
O qeyd edib ki, Türkiyə də çətin günlərdə qardaşlarının yanında olacaq və türk birliyi birlikdə inşa ediləcək.