2024-cü ilin yanvar-avqust aylarında Ermənistan və Rusiya arasında ticarət dövriyyəsinin həcmi 8 milyon 982 milyon 51 min 900 dollar təşkil edib.
Musavat.com erməni mediasına istinadən bildirir ki, bu da ötən ilin analoji dövrünün göstəriciləri ilə müqayisədə iki dəfə çoxdur. Sözügedən faktları Ermənistan Statistika Komitəsinin məlumatları da sübut edir.
Məlumata görə, 2023-cü ilin 8 ayı ərzində xarici ticarət dövriyyəsi 4 308 993 400 ABŞ dolları təşkil edib. 2024-cü ilin yanvar-avqust aylarında Rusiyadan Ermənistana idxalın həcmi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3,7 dəfə artaraq 7 051 654 700 dollar təşkil edib. Ötən il eyni zamanda Ermənistana idxalın həcmi 1 910 650 400 dollar təşkil edib.
Bununla yanaşı, bu ilin 8 ayında Ermənistandan Rusiyaya ixracın həcmi 1,3 dəfə azalaraq 1 milyon 930 milyon 397 min 200 dollar təşkil edib. 2023-cü ilin yanvar-avqust ayları üçün bu rəqəm 2 398 343 000 dollar təşkil edib.
Musavat.com