AZ

Qubada vətəndaşlarla görüş keçirildi

Quba Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaş-məmur münasibətlərinin daha sağlam prinsiplər üzərində qurulması, şəffaf fəaliyyətləri sayəsində vətəndaş məmnunluğunun artırılması ilə əlaqədar tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirilən tədbirlər davam etdirilir.
Görülən tədbirlər çərçivəsində 16 oktyabr 2024-cü il tarixdə Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Rayon İcra Hakimiyyəti başçısının müavinləri, RİHB aparatının məsul işçiləri, aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri ilə birgə vətəndaşların növbəti qəbulunu keçirmişdir.
Əvvəlki qəbullarında olduğu kimi Rayon İcra Hakimiyyətində təşkil olunmuş vətəndaşların növbəti fərdi qaydada qəbulunda hər bir vətəndaş diqqətlə dinlənilmiş və onların qaldırdıqları məsələlərlə bağlı qanunvericiliyin tələbləri ətraflı izah olunmuşdur. Rayon İcra Hakimiyyətinin səlahiyyətləri daxilində olan məsələlərin həlli üçün dərhal, digər qaldırılan məsələlərlə bağlı isə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti üzrə tapşırıqlar vermişdir.
Vətəndaşlar onlara göstərilən diqqətə və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.
Seçilən
5
1
xalq.az

3Mənbələr