İsrailin baş naziri Benyamin Netanyahu HƏMAS lideri Yəhya Sinvarın İsrail ordusu tərəfindən öldürüldüyünü açıqlayıb.
Bu barədə o, xalqa müraciəti zamanı danışıb.
O vurğulayıb ki, bütün girovlar anklavdan qaytarılana qədər İsrail Müdafiə Qüvvələri Qəzza zolağında tam qüvvə ilə fəaliyyətini davam etdirəcək.
“Bu gün pisliyə zərbə endirilib, lakin bizim vəzifəmiz hələ tamamlanmayıb”, - deyə Netanyahu qeyd edib.
"Cebheinfo.az"