Azərbaycanda hava nəqliyyatı ilə sərnişin daşıma xidmətləri 2024-cü ilin sentyabr ayında 2024-cü ilin avqust ayına nisbətən 6.9% ucuzlaşıb.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu ilin sentyabr ayında hava nəqliyyatı ilə sərnişin daşınması xidmətləri illik müqayisədə 4.7%, yanvar-sentyabr ayında isə 13% ucuzlaşıb.
Qeyd edək ki, hava nəqliyyatı ilə 3028.3 min və ya 39.5 faiz çox sərnişin daşınmış, daşımaların 99.9 faizi dövlət, 0.1 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.