AZ

Əmək və əhalinin sosial müdafiəsi naziri Qaxda vətəndaşların müraciətlərini dinləyib – FOTO

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Qax rayonunda Qax və Zaqatala sakinlərini qəbul edib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Doğru.az-a verilən məlumata görə, qəbuldan əvvəl Sahil Babayev və Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Qəbul zamanı vətəndaşların məşğulluq, əlillik, pensiya, ünvanlı sosial yardım, mənzillə təminat və s. məsələlərə dair müraciətləri dinlənilib.

Müraciət edən vətəndaşların bir qismi şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları olub. Hər bir müraciətin fərdi qaydada araşdırılması və nəticəsinə uyğun tədbirlər görülməsi təmin edilib.

Müraciətləri əsasında vətəndaşlar aktiv məşğulluq proqramlarına cəlb edilmələri üçün qeydiyyata alınıblar. Sorğu xarakterli müraciətlərlə əlaqədar qanunvericiliyə uyğun izahatlar verilib.

DOĞRU.AZ

image-1729261010351639777_1200x630 image-1729261010843622991_1200x630 image-17292610103568538144_1200x630 image-1729261010442233904_1200x630

Seçilən
13
11
dogru.az

10Mənbələr