AZ

Gürcüstanın xarici dövlət borcu 9 milyard dolları keçdi

Gürcüstanın xarici dövlət borcu 9 milyard dolları (ABŞ) keçib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı ölkənin Maliyyə Nazirliyi yayıb.

Mənbə qeyd edir ki, bu, ötən ilin avqust ayı ilə müqayisədə 43,5 milyon dollar və 2023-cü ilin sentyabrı ilə müqayisədə 581 milyon dollar çoxdur.

Gürcüstanın ən çox borclu olduğu qurumlar: 

Asiya İnkişaf Bankı – 2,4 milyard dollar;

Dünya Bankı – 2,2 milyard dollar;

Avropa İnvestisiya Bankı – 1,1 milyard dollar.


Bizim.Media 

Seçilən
49
17
bizim.media

10Mənbələr