AZ

"Bütün qərarlar bizim xeyrimizə olmadı, gəlin bunu belə deyək"

“Liverpul”un baş məşqçisi Arne Slot Premyer Liqanın 8-ci turunun matçında “Çelsi” üzərində 2:1 hesablı ev qələbəsindən danışıb.

Sportinfo.az BBC-yə istinadən xəbər verir ki, o, bunu söyləyib:

“Bizim əleyhimizə olan əsas qərar VAR ilə hakimin penalti qərarını ləğv etməsi oldu. 2:0 hesabı ilə öndə olsaydıq, tamam başqa oyun ola bilərdi.

Bütün qərarlar bizim xeyrimizə olmadı, gəlin bunu belə deyək”.

Bu epizod birinci hissənin sonunda baş verib. Meydan sahiblərinin yarımmüdafiəçisi Körtis Cons qonaqların qapıçısı Robert Sançeslə təkbətək çıxıb və o, topu rəqibin ayaqları altından çıxarıb.

Lakin baş hakim VAR-ı nəzərdən keçirdikdən sonra qərarını dəyişdirib. Qapıçının sarı vərəqəsi də ləğv edilib.

Seçilən
54
4
sportinfo.az

5Mənbələr