64 yaşlı "Oskar" mükafatlı aktyor Şon Penn yeni sevgilisi 30 yaşlı Valeriya Nikovla Paris küçələrində romantik gəzintiyə çıxarkən kameralara tuş gəlib.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, 1981-ci ildə "Taps" filmi ilə aktyorluq karyerasına başlayan Penn bu günə kimi 50-dən çox filmdə çəkilib. Uğurlu karyerası ərzində "Mistik çay" (2003) və "Süd" (2008) filmlərinə görə iki dəfə "Ən yaxşı kişi rolu" Oskarını qazanıb.
Penn Fransa paytaxtında sadə görünüşə üstünlük verib. O, qara gödəkçə, göy köynək və cins şalvar geyinib. Onun sevgilisi, moldovalı aktrisa Valeriya qara rəngli, boş zolaqlı gödəkçəyə üstünlük verib. Cütlük rahat idman ayaqqabılarında qol-qola Paris küçələrində gəziblər.
İkili ilk dəfə ötən ay İspaniyada öpüşərkən görüntülənib. Valeriya müxtəlif müstəqil filmlərdə çəkilməklə yanaşı, Netflix-in məşhur "Emily in Paris" serialında kiçik rollarda çəkilib.
Sean Pennin evlilikləri olduqca diqqətəlayiqdir. O, 2020-2021-ci illər arasında avstraliyalı aktrisa Leyla Corc ilə qısa müddətə evli olub. O, 1996-2010-cu illərdə aktrisa Robin Raytla evli olub və onların Dilan Frensis və Hopper Cek adlı iki övladı var. İlk evliliyi 1985-1989-cu illər arasında pop musiqinin kraliçası Madonna ilə olub. Bunlardan başqa Demi Mur, Susan Sarandon və Charlize Theron kimi məşhur ulduzlarla da əlaqələri olub.
Vüsalə İbrahimli