AZ

AFFA hakimləri təhqir edən məşqçiləri cəzalandırdı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Azərbaycanın aşağı yaş qruplarından ibarət liqalarında hakimləri təhqir edən məşqçilər cəzalandırılıblar.
Oxu.Az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
U-15 Liqasında keçirilən "Zirə" - "Kəpəz" oyununda qonaq komandanın məşqçisi İlqar Hüseynov qarşılaşmanın 76-cı dəqiqəsində köməkçi hakimi təhqir etdiyi üçün qırmızı vərəqə gördüyünə görə 5 oyun cəzalandırılıb.
U-10 Liqasında keçirilən "Ahmedoğlu" -"Muğan" oyununun 15-ci dəqiqəsində meydan sahiblərinin köməkçi məşqçisi Şəhruz Salmanov hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə texniki zonadan uzaqlaşdırılmasına, bundan sonra da hakimi təhqir və hədə-qorxu gəlməyə davam etdiyinə görə 5 oyunluq cəzaya məruz qalıb.
Seçilən
22
30
oxu.az

10Mənbələr