AZ

AMB “Cüzdan”a lisenziya verdi

Azərbaycan Mərkəzi Bankı (AMB) Cüzdan MMC-yə elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən lisenziya verib.

AMB-dən Axar.az-a verilən məlumata görə, lisenziya "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanuna əsasən verilib.

"Ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair müraciət etmiş digər təşkilatların qiymətləndirilməsi hazırda davam edir", - AMB bəyan edib.

Qeyd edək ki, AMB bundan əvvəl “A-Solutions", "United Payment", "Modenis", "PashaPay", “Mobile Payment Solutions”, "Paysis”, "PulPal", "K Group" və “Greentek Group” MMC-lərə, "GoldenPay" ASC-yə, “Mpay” və “Payriff” QSC-lərə elektron pul təşkilatı, “Token Azərbaycan”, “Global Innovations”, “Drakaris”, “Multi Solutions”, “M.A.X Sistemləri Plyus”, “Cibpay”, “Fizza Pay” və “Kabox” MMC-lərə ödəniş təşkilatı, “Azərikard” MMC-yə isə elektron pul təşkilatı və ödəniş sistemi operatoru kimi fəaliyyət göstərmək hüququ verən müddətsiz lisenziyalar verib. Beləliklə, bu sahədə lisenziyası olan təşkilatların sayı 22-yə çatıb.

Seçilən
22
23
axar.az

10Mənbələr