ABŞ-ın Virciniya ştatının sakini Corc Hert ömrü boyu lotereyaya inanmayıb və bu oyunu ələ salıb.
Bakupost.az xəbər verir ki, iş zamanı nahar fasiləsində adəti üzrə iş yoldaşları ilə yaxınlıqdakı mağazaya girən Corc birdən-birə lotereya köşkünə gedib və “bu gün bilet alacam və milyonçu olacağam” deyib.
İş yoldaşları onun yenə də zarafat etdiyini güman ediblər. Corc "Virginia Millions" lotereyasını alıb və bilet həqiqətən ona 1 milyon dollar qazandırıb.
Bəxti gətirən kişi çoxdankı arzu və duasının həyata keçdiyini bildirib. “Mən milyon qazanmaq üçün çox dua etdim, amma lotereyada udmağımı yox”.
Corc hələ ki, milyon dolları nəyə xərcləyəcəyini açıqlamır.