Bakı, TurkicWorld
2024-cü ilin yanvar-sentyabr aylarında Qazaxıstan vətəndaşları Türkiyədə min 779 daşınmaz əmlak satın alıblar ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 343 obyekt azdır.
Bu barədə TurkicWorld-a Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanından məlumat verilib.
Məlumata görə, bu ilin sentyabr ayında Qazaxıstan vətəndaşları Türkiyədə 87 daşınmaz əmlak alıblar ki, bu da 2023-cü ilin sentyabr ayı ilə müqayisədə 34 obyekt azdır.
Qeyd edək ki, 2024-cü ilin sentyabr ayında Türkiyədə 140 min 919 mənzil satın alınıb ki, bu da 2023-cü ilin sentyabr ayı ilə müqayisədə 37,3 faiz çoxdur.
Məlumata görə, 2024-cü ilin yanvar – sentyabr aylarında Türkiyədə 947 min 236 mənzil satın alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 5,2 faiz çoxdur.
2024-cü ilin sentyabr ayında Türkiyədə xarici vətəndaşlara 2 min 22 mənzil satılıb ki, bu da 2023-cü ilin eyni ayı ilə müqayisədə 31 faiz azdır.
Bu ilin yanvar – sentyabr aylarında əcnəbi vətəndaşlar Türkiyədən 17 min 90 mənzil alıblar ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 39,1 faiz azdır.