"Daha ədalətli bir dünya mümkündür".
APA-nın Kazana ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kazan şəhərində XVI BRİCS Sammitinin “Outreach”/“BRİCS+” formatının ilk plenar iclasında bildirib.
Türkiyə Prezidenti deyib ki, Türkiyə Afrika və Karib hövzəsi ölkələri ilə əməkdaşlığı genişləndirir: “BRICS ailəsi ilə də əməkdaşlığımızı genişləndirmək niyyətindəyik”.
Rəcəb Tayyib Ərdoğan vurğulayıb ki, Yaxın Şərqdə axan qan durdurulmalıdır: “Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətinin qurulması bölgəmizdə sülhün açarıdır. Bu mənada Fələstini tanımayan dövlətləri Fələstini tanımağa çağırıram”.
Türkiyə Prezidenti İsrailə silah satışını dayandırmağa çağırıb.