AZ

Mikayıl Cabbarov Türkiyədə TDT-nin iclasında iştirak edəcək

İqtisadiyyat naziri Mikayıl Cabbarov Türk Dövlətləri Təşkilatının (TDT) elm, texnologiya, sənaye və innovasiya nazirlərinin 1-ci iclasında iştirak edəcək.

Bu barədə nazir öz “X” hesabında paylaşım edib.

“Türkiyəyə işgüzar səfərimiz çərçivəsində dost ölkələrdən olan həmkarlarımızla Türk Dövlətləri Təşkilatının elm, texnologiya, sənaye və innovasiya nazirlərinin 1-ci iclasında iştirak edəcəyik. Birgə fəaliyyətimizi gücləndirmək üçün yeni imkanları dəyərləndirmək niyyətindəyik”, - deyə paylaşımda bildirilib.

Seçilən
39
22
sam.az

10Mənbələr