Türkiyənin Xarici İşlər Nazirliyi İsrailin İrana raket zərbələri ilə bağlı bəyanat yayıb.

Leqal.info xəbər verir ki, bəyanatda İsrailin regionu genişmiqyaslı müharibənin astanasına gətirdiyi, rəsmi Təl-Əvivin bu kimi addımlara son qoyması üçün beynəlxalq ictimaiyyətin səyləri artırmalı olduğu qeyd edilib.

Bəyanatda, həmçinin qeyd olunub ki, rəsmi Ankara regionda növbəti müharibə ocağının yaranması, eləcə də qanunsuzluğun hökm sürməsinin əleyhinədir.

Qurum həm region dövlətləri, həm də xarici aktorları Yaxın Şərqdə sülhün bərqərar olması istiqamətində səyləri artırmağa çağırıb.

Leqal.info