Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla planlı şəkildə məhv edilməsi davam etdirilir.
Müdafiə Nazirliyindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, döyüş sursatlarının məhv edilməsi prosesi 28.10.2024-cü il tarixdən 01.11.2024-cü il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək.
Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi olaraq məlumat veriləcək.